Вернуться назад Распечатать

Prezident: "Zəngəzur dəhlizi heç bir halda İran üçün təhlükə deyil"

"Dövlətlərarası münasibətlərimiz (İranla - red.) hökumətlər, prezidentlər, xarici işlər nazirləri arasında qurulur. Buna görə də dırnaqarası müşavirlərin bu yalançı rəvayətlərinə qətiyyən məhəl qoymuruq".

Liderxeber.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" kanalına müsahibəsində söyləyib.

Dövlətimizin başçısı qeyd edib:

"Beləliklə, bizim üçün hər şey aydındır. Prezidentin (İran prezidenti - red.) mövqeyi tamamilə məntiqlidir və ona əsaslanır ki, Zəngəzur dəhlizi heç bir halda İran üçün təhlükə deyil".