Вернуться назад Распечатать

Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı - Fotolar

Bu gündən etibarən Gəncə şəhərindən Kəlbəcər rayonuna ilk müntəzəm avtobus reysi açılıb.

Liderxeber.az xəbər verir ki, ilk avtobus reysi Gəncə Beynalxalq Avtovağzalından yola düşüb.

Hər gün 08:30-da həyata keçiriləcək reysdə sərnişin avtobusu Goranboy-Naftalan-Suqovuşan- Ağdərə istiqamətindən hərəkət edəcək.