Вернуться назад Распечатать

Mingəçevirdə yeniyetmə küçədə bıçaqlandı - Şübhəli məktəb yoldaşıdır

Mingəçevirdə 16 yaşlı yeniyetmə küçədə bıçaqlanıb.

Liderxeber.az xəbər verir ki, hadisə Mingəçevirin Təbriz küçəsində baş verib.

Məlumata görə, əvvəlcə 3 yeniyetmə məktəbli arasında mübahisə yaranıb.

Daha sonra isə onlardan biri bıçaqlanıb. Yaralı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinənlə xəsarət alan şəxs eyni məktəbin şagirdləridir. Onların arasındakı mübahisənin söyüşə görə olduğu iddia edilir.

Faktla bağlı araşdırma aparılır.