Вернуться назад Распечатать

Paşalı Rayonu, Gabud kənd icmasının hesabat iclası keçirilib

Qərbi Azərbaycan Paşalı Rayonu, Gabud kənd icmasının Qərbi Azərbaycan İcmasının inzibati binasında hesabat iclası keçirdi.
Liderxeber.az xəbər verir ki, Gabud kənd icmasının idarə heyyətinin həmçinin icma üzvlərinin eləcə də Qərbi Azərbaycan İcmasının tanınmış ziyalıları iştirak etdi.
İclasda müzakirə olunan əsas məsələlər bunlar olmuşdur:
1. İcmanın strukturunun formalaşdırılması–İcmanın təşkilati quruluşu, fəaliyyət prinsipləri, idarəetmə və daxili nizam-intizam qaydaları barədə təkliflər irəli sürülərək müzakirə edilmişdir.
2. Gabud kəndinin maddi və mənəvi irsinin qorunması və gələcək nəsillərə çatdırılması – Kəndin tarixi, mədəniyyəti, adət-ənənələrinin toplanaraq gələcək nəsillərə ötürülməsi məqsədilə kitab nəşri, qısa metrajlı filmlərin hazırlanması və digər maarifləndirici layihələrin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur.
3. Qərbi Azərbaycan İcmasının (QAİ) 36 yeni vəsiqələrinin təqdimatı.- İclasda icma üzvlərinə rəsmi vəsiqələr təqdim edilmiş və onların hüquqi statusları rəsmiləşdirilmişdir.
4. İcmanın büdcəsinin formalaşması və cari dövrə qədər xərclənən vəsaitin hesabatı. --- Büdcədə yığılan vəsaitin icma üçün görülə biləcək ən önəmli və müsbət qarşılanacağı işlərə xərclənməsi nəzərdə tutulub.
 
İclasın sonunda iclasın əhəmiyyəti xüsusi vurğulanmış, icma üzvləri arasında birlik və həmrəyliyin qorunmasının vacibliyi qeyd edilmiş, belə görüşlərin mütəmadi keçirilməsinin önəmi diqqətə çatdırılmışdır.
 
Daha sonra QAİ-nın idarə heyyətinuin üzvləri Gabud kənd icmasının icmanın qarşısında duran əsas vəzifələr və perspektiv fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verdi, icmanın qarşıda duran məqsədləri və görüləcək işlər barədə iştirakçıları məlumatlandırdı. İclasda kəndin tanınmış ziyalıları, ağsaqqalları və fəal icma üzvləri iştirak edərək vacib məsələlər ətrafında geniş fikir mübadiləsi apardılar.
 
İclas xatirə şəkilinin çəkilməsi ilə başa çatmışdır.