Вернуться назад Распечатать

Şuşakənd, Qırmızıbazar və Sosa ilk köç karvanı yola düşdü

Sentyabrın 11-i respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrin bir qrupu Xocalı rayonunun Şuşakənd və Xocavənd rayonunun Qırmızıbazar və Sos kəndlərinə yola salınıb.

Liderxeber.az xəbər verir ki, ilk mərhələdə Şuşakəndə 15 ailə (59 nəfər), Qırmızıbazara 10 ailə (39 nəfər), Sos kəndinə isə 10 ailə (45 nəfər) köçürülür.