Вернуться назад Распечатать

Bakının mərkəzində ağac maşının üzərinə aşdı

Bakının mərkəzində irigövdəli ağac maşının üzərinə aşıb.

Liderxeber.az məlumatına görə, hadisə paytaxtın Nizami küçəsi (“Tarqovu”) ilə Əlövsət Quliyev küçəsinin kəsişməsində qeydə alınıb. 

Ağac kökündən qoparaq yol kənarında dayanmış “Mercedes” markalı avtomobilin üzərinə düşüb.

Hadisə nəticəsində nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.