Вернуться назад Распечатать

Naxçıvanda avtobus dərəyə aşdı, 16 yaralı var - Fotolar - Yenilənib

Naxçıvanda avtobus qəzaya düşüb.

Liderxeber.az  xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata əsasən, avtobusun dərəyə aşması nəticəsində 15-dən çox sərnişin xəsarət alıb.

Hadisə yerinə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları cəlb olunub.

***

“Report”un məlumatına görə, qəzaya düşən avtobus Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu olub.

Hadisə nəticəsində avtobusun sürücüsü və 15 sərnişin xəsarət alıb.

Yaralı şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.