Вернуться назад Распечатать

Gəncədə maşın 4 piyadanı vurdu - Ölən və yaralananlar var

Gəncədə avtomobil yolu keçmək istəyən 4 piyadanı vurub.

Liderxeber.az-ın məlumatına görə, nəticədə1959-cu il təvəllüdlü Qəribə Səfərova xəstəxanaya aparılarkən ölüb.

2008-ci il təvəllüdlü Pakizə Məmmədova, 1 yaşlı N. Məmmədov və daha bir nəfər xəstəxanaya yerləşdilib. Onların vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

***

İlkin məlumata görə, avtomobil idarəetmədən çıxaraq səki ilə hərəkət edən piyadaları vurub, daha sonra isə rabitə xəttini və ağacı qırıb.