“Hazırda Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında yeni görüş planlaşdırılmır”.
Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, bu məsələ hazırda gündəlikdə deyil.
Xatırladaq ki, tərəflər arasında sonuncu görüş bu ilin avqustun 15-i Alaskada keçirilib.