Вернуться назад Распечатать

Gəncədə güclü yanğın

Bu gün günorta saatlarında Gəncə şəhərində güclü yanğın qeydə alınıb.

Liderxeber.az xəbər verir ki, şəhərin sənaye zonasından – Alüminium zavodunun yaxınlığındakı ərazidən ətrafa qatı tüstü yayılmağa başlayıb.

Bildirilib ki, yanğın tullantılar olan ərazini əhatə edib.

Hadisə nəticəsində ətraf mühitə ciddi zərər dəyib, şəhərin böyük hissəsini qara tüstü bürüyüb.