Ötən gün axşam saatlarında güclü külək Lənkəran-Lerik avtomobil yolunun 20-ci kilometrində, Lerik rayonunun Piran kəndi ərazisində ağacın yola aşmasına səbəb olub.
Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Hadisə nəticəsində nəqliyyat vasitələrinin avtomobil yolu ilə hərəkətində məhdudiyyət yaranıb.
Yol infrastrukturunda baş vermiş problemlə bağlı məlumat daxil olan kimi, dərhal hadisə yerinə Agentliyin Lerik rayonu üzrə Yol İstismar İdarəsinin xüsusi texnikası və canlı qüvvəsi cəlb olunub.
Görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yol ilə hərəkət qısa müddətdə bərpa edilib.