Вернуться назад Распечатать

Xırdalanda 19 yaşlı oğlan öldürüldü - Yenilənib

Gecə saatlarında Abşeron rayonunda qətl hadisəsi törədilib.

Liderxeber.az xəbər verir ki, saat 03 radələrində Xırdalan şəhəri ərazisindəki parkda gənc oğlan bıçaqlanıb.

Xəstəxanaya çatdırılan şəxsin öldüyü məlum olub.

İlkin araşdırmalarla qətlə yetirilən şəxsin 2006-cı il təvəllüdlü Tovuz rayon sakini Elmir Şakir oğlu Axundov olması müəyyən edilib.

Hadisəni törədən şəxsin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər görülür.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma başlanıb.

***

Cinayəti törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Fərid Rəşad oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.