"Azərbaycanda Cənubi Qafqazın ən böyük reabilitasiya mərkəzi açılacaq".
Bunu Liderxeber.az-ın sualına cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev deyib.
O bildirib ki, Yeni Klinikada 3600 kvadrat metr sahədə yaradılacaq bu mərkəz ən son texnologiyalar ilə təchiz edilib:
"Burada reabilitasiya və fizioterapiyada yeni robotik müalicə üsulu tətbiq olunacaq. Bu mərkəz nəinki Azərbaycan, Cənubi Qafqazın ən böyük reabilitasiya mərkəzi olacaq".