Gələn il müdafiə və milli təhlükəsizlik üzrə xərclərə proqnozlaşdırılan vəsait açıqlanıb.
Liderxeber.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin tərtib etdiyi “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”ndə əksini tapıb.
Belə ki, funksional təsnifat üzrə 2026-cı ildə ümumi dövlət xidmətləri üzrə xərclərinə 5514,5 milyon manat (xüsusi çəkisi 13,2 faiz), müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 8714,8 milyon manat (xüsusi çəkisi 20,9 faiz), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərinə 3343,6 milyon manat (xüsusi çəkisi 8 faiz), təhsil xərclərinə 5015,9 milyon manat (xüsusi çəkisi 12 faiz), səhiyyə xərclərinə 2024,3 milyon manat (xüsusi çəkisi 4,9 faiz), sosial müdafiə və sosial təminat üzrə xərclərinə 4873,0 milyon manat (xüsusi çəkisi 11,7 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 631,6 milyon manat (xüsusi çəkisi 1,5 faiz), mənzil və kommunal təsərrüfatı üzrə xərclərinə 334,5 milyon manat (xüsusi çəkisi 0,8 faiz), kənd təsərrüfatı üzrə xərclərinə 1222,1 milyon manat (xüsusi çəkisi 2,9 faiz), ətraf mühitin mühafizəsi üzrə xərclərinə 420,2 milyon manat (xüsusi çəkisi 1 faiz), iqtisadi fəaliyyət xərclərinə 7856,6 milyon manat (xüsusi çəkisi 18,8 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclərinə isə 1752,5 milyon manat (xüsusi çəkisi 4,2 faiz) vəsait yönəldilməsi proqnozlaşdırılır.
Beləliklə, yenilənmiş makroiqtisadi proqnozlara əsasən, qeyri-neft-qaz gəlirlərinin artımı və büdcə qaydası üzrə təklif olunan trayektoriya əsasında genişlənmiş ortamüddətli resurs zərfi ölkənin müdafiə və milli təhlükəsizlik qabiliyyətinin gücləndirilməsi, sosial-iqtisadi inkişaf Strategiyasının və Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqram”nın, digər dövlət proqramlarının və dövlət borcuna xidmətlə bağlı xərc ehtiyaclarının qarşılanmasına imkan verir.