Вернуться назад Распечатать

“WHOOP” istifadəçiləri artıq Azərbaycanda öz icmalarına sahibdir

Sağlam həyat tərzini və idman performansını izləmək üçün dünyaca məşhur “WHOOP” platformasının artıq Azərbaycan icması — “WHOOP” Azerbaijan fəaliyyətə başlayıb.

İcma, həvəskar idmansevərlər tərəfindən qurulub və məqsədi ölkədəki bütün WHOOP istifadəçilərini, idmançılar, biohackerlər, fitnes və sağlamlıq həvəskarlarını bir platformada birləşdirmək, məlumat və motivasiya mübadiləsini təmin etməkdir.

“Biz “WHOOP” vasitəsilə bədənimizi daha dərindən tanıyırıq — artıq bunu birlikdə, bir Azərbaycan icması kimi edə bilərik,” – deyə qrupun yaradıcıları bildirib.

İcma bərpa (recovery), güc yüklənməsi (strain), yuxu keyfiyyəti və performans analitikası üzərindən üzvlərin məlumatlarını bölüşərək bir-birini motivasiya etdiyi və sağlam yarış ruhu formalaşdırdığı bir mühit yaradır.

WHOOP Azerbaijan qrupuna qoşulmaq

“WHOOP” tətbiqində “Join a Community” bölməsinə daxil olaraq aşağıdakı kodu daxil etmək kifayətdir:

 Group Code: COMM-54E407