Вернуться назад Распечатать

4-cü kurs tələbəsi vəfat etdi - Fotolar-Yenilənib

Milli Aviasiya Akademiyasının tələbəsi vəfat edib.

Liderxeber.az xəbər verir ki, akademiyanın 4-cü kurs tələbəsi 2005-ci il təvəllüdlü Qəşəm Alıyev oktyabrın 19-u dünyasını dəyişib.

Onun hansı səbəbdən həyatını itirməsi qeyd edilməyib.

Bildirilib ki, mərhumun atası da iki il əvvəl vəfat edib.

***

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə şəhər sakini olan Q.Alıyevin meyiti oktyabrın 18-i saat 17 radələrində kirayədə yaşadığı Binə qəsəbəsindəki evin həyətində aşkar edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.