Вернуться назад Распечатать

Evində yanğın oldu, tüstüdən boğulub öldü - Yenilənib

Oktyabrın 21-i Bakıda yerləşən mənzillərin birində yanğın baş verib.

Liderxeber.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində olub.

Belə ki, 1963-cü il təvəllüdlü Stupnikov Vadim Vladimiroviçin tənha yaşadığı evdə yanğın baş verib və o, tüstüdən boğularaq ölüb. 

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyindən (FHN) sorğumuza cavab olaraq bildirilib ki, Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb: 

“Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”.