Вернуться назад Распечатать

Sumqayıtda avtobuslarda gediş haqqı artırılacaq - Tarix açıqlandı

"Bizə daxil olan məlumata görə, ilin sonunadək Sumqayıt şəhəri CNG (sıxılmış təbii qaz) və elektriklə işləyən 100 ədə nəqliyyat vasitəsi ilə təmin olunacaq və yanvardan kart sistemi tətbiq olunacaq".

Liderxeber.az xəbər verir ki, bu sözləri açıqlamasında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov  deyib.

O bildirib ki, yanvardan Sumqayıt şəhərində gediş haqqı 60 qəpik olacaq:

"Hazırda Sumqayıtda gediş haqqı 50 qəpikdir. Yeni avtobuslar gəldikdə və kart sistemi qurulduqda sərnişinlərin kartından gediş haqqı üçün avtomatik olaraq 60 qəpik çıxacaq".

Xatırladaq ki, oktyabrın 1-dən ictimai nəqliyyatda gediş haqqı 50 qəpikdən 60 qəpiyə artırılıb. Bu artım müasir tələblərə cavab verən yalnız elektrik və CNG yanacaq növlü avtobuslara aiddir.