Вернуться назад Распечатать

Şəkərli diabet və hemofiliya xəstələri də tibbi sığorta ilə müalicə olunacaq

Gələn il şəkərli diabet başda olmaqla indiyədək icbari tibbi sığorta zərfinə daxil olmayan bir çox xəstəliklər də sığorta ilə müalicə olunacaq.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

İcbari Tibbi Sığorta Fondunun vəsaitləri hesabına 2026-cı ildən həyata keçirilməsi nəzərdə tutulan xəstəliklərə aşağıdakılar daxildir:

-xroniki böyrək çatışmazlığı,

-hemofiliya, ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına və uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair tədbirlər,

-ixtioz və buliyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikası,

-dağınıq skleroz xəstəliyinin müalicəsi,

-vərəm,

-uşaqlarda Kistoz Fibroz genetik xəstəliyi.

Bununla bağlı qanunvericiliyə müvafiq dəyişiklər edilməsi nəzərdə tutulub.