Вернуться назад Распечатать

Gələn il büdcə gəlirlərinin 44 faizi vergilərin payına düşəcək

2026-cı il üçün dövlət büdcəsi gəlirlərinin 16 milyard 910 milyon manatı və ya 43.8%-i Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların payına düşəcək.

Liderxeber.az xəbər verir ki, bu, Milli Məclisə təqdim olunan 2026-cı ilin büdcə zərfində əksini tapıb

Büdcə gəlirlərinin 12 milyard 835 milyon manatı (33.2%) Dövlət Neft Fondundan transfertlər, 6 milyard 862 milyon manatı (17.8%) Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar, 1 milyard 21 milyon manatı (2.6%) büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 981 milyon manatı (2.6%) isə digər gəlirlər hesabına formalaşacaq.

Dövlət Vergi Xidməti üzrə proqnozlaşdırılan daxilolmaların məbləği ümumi daxili məhsulun (ÜDM) 12.6%-i həcmində olmaqla cari ilin proqnozu ilə müqayisədə 1 milyard 410 milyon manat və ya 9.1%, 2024-cü ilin icrası ilə müqayisədə isə 1 milyard 102 milyon manat və ya 7% çoxdur.