Вернуться назад Распечатать

Azərbaycan Premyer Liqasında IX tura iki oyunla start verilir

Misli Premyer Liqasında IX tura bu gün start veriləcək.

Liderxeber.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

Açılış qarşılaşmasında "Turan Tovuz" "Karvan-Yevlax"ın qonağı olacaq. Qarşılaşma saat 14:30-da start götürəcək.

Tovuz klubu 15 xalla ikinci, Yevlax təmsilçisi 5 xalla 11-ci pillədə qərarlaşıb.

Günün ikinci oyununda "Kəpəz" klubu "İmişli" ilə üz-üzə gələcək. Bu matç saat 17:00-da başlayacaq. Gəncə klubu 3 xalla sonuncu - 12-ci, "İmişli" isə 9 xalla 8-ci sıradadır.