Вернуться назад Распечатать

Sumqayıt sakinlərinə şad xəbər: Paytaxt istiqamətində hərəkət edən avtobusların sayı artırılıb

Son günlər sosial şəbəkələrdə Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobusların sayında azalma müşahidə edilməsi barədə xəbərlər yayılıb.

Liderxeber.az xəbər verir ki, "BakuBus" MMC-nin yaydığı məlumata görə, qurumun istismarında olan və sözügedən istiqamətində hərəkət edən 503, 594 və 595 nömrəli müntəzəm marşrut xətləri üzrə xəttə buraxılan avtobusların sayı artırılıb.

Bildirilib ki, sərnişin axınının tənzimlənməsi və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdiriləcək.