"Hurriyyet TV"də əməliyyat Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılıb.
Liderxeber.az xəbər verir ki, Vüqar Məmmədov da DTX tərəfindən saxlanılıb.
Hüquq-mühafizə orqanları "Hurriyyet TV"də əməliyyat keçirib.
Liderxeber.az xəbər verir ki, əməliyyat zamanı "Hürriyyət" qəzeti, eyniadlı Hurriyyet.az saytı və "Hurriyyet TV"nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb.
Qeyd olunub ki, həmçinin "Hurriyyet TV"nin ofisində axtarış aparılıb, kompüter və bəzi sənədlər götürülüb. Bu əməliyyatın Ramiz Mehdiyevlə bağlı ola biləcəyi ehtimal edilir.