Вернуться назад Распечатать

Türkiyədən Azərbaycana gətirilən energetik içkilərdə dərman maddəsi aşkarlanıb

Türkiyədən Azərbaycana idxal olunmuş "Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler" müəssisəsinin istehsal etdiyi "Nitro Max" əmtəə nişanlı energetik içki məhsulu partiyalarında dərman vasitələrinin tərkibində istifadə olunan Sildenafil maddəsi aşkarlanıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sayı 4 656 ədəd olan məhsul partiyalarının (19.03.2025-19.03.2027 və 01.04.2025-01.04.2027-ci il istehsal və son istifadə tarixli) Azərbaycanın idxal tələblərinə, o cümlədən, qüvvədə olan texniki və hüquqi normalara cavab verməməsi səbəbindən "Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler" müəssisəsindən məhsul idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib.

Uyğunsuzluq aşkarlanmış məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib.