Вернуться назад Распечатать

Bakıda avtobuslar toqquşdu: Xəsarət alan var

Bakıda iki avtobusun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, hadisə Zabrat şosesində qeydə alınıb.

"Zabrat şosesində 139 nömrəli marşrut avtobusu ilə, 198 nömrəli sərnişin avtobusu toqquşub. Bir nəfər qadın xəsarət alıb", - deyə məlumatda qeyd edib.

Məsələ ilə bağlı aidiyyəti qurumlara informasiya sorğusu ünvanlanıb.