Вернуться назад Распечатать

Bu istiqamətdə əlavə qatar reysi təyin edilir

“Azərbaycan Dəmir Yolları” (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 7 noyabrda Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Liderxeber.az xəbər verir ki, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək mümkün olacaq.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.