Вернуться назад Распечатать

Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev xəstəxanadan evə buraxılıb.

Bu barədə Liderxeber.az-a onun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.

Onun sözlərinə görə, atasının səhhəti yaxşılaşıb və həkimlərin məsləhəti ilə evə buraxılıb.

Qeyd edək ki, V.Vəliyev sentyabrın 26-dan özəl xəstəxanalardan birinə yerləşdirilmişdi.