Bir neçə gün əvvəl səhhəti pisləşərək xəstəxanaya yerləşdirilən Füzuli Dövlət Dram Teatrının direktoru Vaqif Vəliyev vəfat edib.
Bu barədə Liderxeber.az-a onun oğlu, jurnalist Səbuhi Vaqifoğlu məlumat verib.
Onun sözlərinə görə, V. Vəliyev bu gün xəstəxanadan evə buraxıldıqdan sonra dünyasını dəyişib.
Qeyd edək ki, Vaqif Vəliyev 1958-ci il noyabrın 21-də Füzuli şəhərində anadan olub. O, 1981-1989-cu illərdə Füzuli rayon Mədəniyyət evində dram dərnəyinin rəhbəri, direktor vəzifələrində çalışıb. 1989-cu ildən isə kimi Füzuli Dövlət Dram teatrının direktoru vəzifəsində işləyib.