Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Liderxeber.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda aşağıdakı yollarda tıxac var:
1. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
2. Babək prospekti, mərkəz istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Qara Qarayev prospekti, “Qara Qarayev” metrostansiyasından “Koroğlu” metrostansiyası istiqamətində;
6. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metrostansiyası istiqamətində (dairəyə qədər);
7. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metrostansiyası istiqamətində;
8. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
9. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
11. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;
12. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
13. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
14. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.



