Вернуться назад Распечатать

Minlərlə insanın avtobusa mindiyi yerdə dayanacaq pavilyonu yoxdur - Foto

“Metronun “20 Yanvar”​ stansiyasından Sumqayıt, Xırdalan, Masazır tərəfə hər gün onlarla avtobus minlərlə sərnişin daşıyır. Amma həmin ərazidə yağışlı havada vətəndaşların yağışdan qorunması üçün dayanacaqlar yoxdur”.

Liderxeber.az xəbər verir ki, bu barədə ictimai fəal Elyar İslamoğlu sosial şəbəkədə paylaşım edib.

E.İslamoğlu hər gün onminlərlə sərnişinin istifadə etdiyi dayanacaqda insanların günəşdən, yağışdan qorunması üçün pavilyonun yoxluğunun ciddi problem olduğunu deyib. O, məsələnin həlli üçün müvafiq qurumların tədbir görməli olduğunu vurğulayıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, avtobus dayanacaq pavilyonları quraşdırılan zaman yol infrastrukturunun vəziyyəti mütləq qaydada nəzərə alınmalıdır:

“Sözügedən ünvana əməkdaşlarımız tərəfindən baxış keçirilib. Qeyd edilən ərazidə avtobus dayanacaq məntəqəsi mövcud olsa da, infrastruktur şəraitinin əlverişsiz olması səbəbindən dayanacaq pavilyonunun quraşdırılması mümkün olmayıb. Pavilyonunun quraşdırılması aidiyyəti qurumlar tərəfindən infrastruktur şəraiti yaradıldığı təqdirdə mümkün olacaq”.