Вернуться назад Распечатать

Azərbaycana səfər edən Asiya ölkələri üzrə turistlərin sayı açıqlanıb

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana Asiya ölkələrindən 1 milyon 134 min 193 əcnəbi səfər edib.

Liderxeber.az rəsmi statistikaya istinadən xəbər verir ki, ən çox səfər edən ölkələr arasında Türkiyə (333 727), İran (154 385) və Hindistan (132 013) yer alıb.

Qazaxıstan (78 127), Pakistan (66 341) və Özbəkistandan (44 482) Azərbaycana əhəmiyyətli sayda səfər edən olub. Çin və İsraildən gələnlərin sayı müvafiq olaraq 49 935 və 44 146 nəfər təşkil edib.

Həmin dövrdə ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 1 milyon 948 min 236 nəfər olub.