Вернуться назад Распечатать

Bakı Fond Birjasında 142,7 milyon manatlıq istiqraz satıldı

Dünən Bakı Fond Birjasında Maliyyə Nazirliyinin tədavül müddəti 1080 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Liderxeber.az xəbər verir ki, dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 142.7 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 50 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 100.5016 (7.5388%) və kəsmə qiyməti 100.3402 (7.6%) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə müddəti 7 oktyabr 2028-ci ildir.