Вернуться назад Распечатать

Neftçalada Zəfər günü böyük çoşqu ilə qeyd olunub

8 Noyabr 2025-ci il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayon üzrə nümayəndəliyinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə və 9 Noyabr – Bayraq Gününə həsr olunan dəyirmi masada görüş keçirilib.
 
Liderxeber.az xəbər verir ki, görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlı, Günay Ağamalı, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri,YAP Neftçala rayon təşkilatının sədri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini, Şəhidlər Xatirə Kompleksini ziyarət ediblər önünə gül dəstələri düzüblər və onların əziz xatirəsini ehtiramla yad ediblər.
 
Ağacəkmə aksiyası keçirilib və aksiya zamanı müxtəlif növ ağaclar əkilərək aqrotexniki qulluq göstərilib.
 
Tədbirdə Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsinin bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək Zəfər Gününün 5-ci ildönümü və 9 Noyabr  Bayraq günü ilə əlaqədar təbriklərini çatdırıb. RİH-in başçısı qeyd edib ki, 8 Noyabr – Zəfər Günü xalqımızın tarixində əbədi qalacaq şanlı səhifədir.

Bu Qələbə hər bir azərbaycanlının milli qürur, dövlət sevgisi və vətənpərvərlik hisslərinin ifadəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı azad etdi və tariximizin ən parlaq səhifəsini yazdı. Bu gün biz həmin zəfərin işığında birliyimizi, dövlətçiliyimizi daha da möhkəmləndiririk.
 
9 Noyabr Bayraq Günü müstəqilliyimizin, suverenliyimizin və milli kimliyimizin rəmzidir. Bu dəyərlər xalqımızı gələcəyə inamla aparan mənəvi sütunlardır.
 
Çıxış edən Milli Məclisin deputatları – Tənzilə Rüstəmxanlı və Günay Ağamalı, Vətən Müharibəsi Qəhrəmanı, şəhid  Camal İsmayılovun anası Filarə İsmayılova ölkəmizin qazandığı Zəfərin təkcə hərbi deyil, həm də siyasi və mənəvi qələbə olduğunu bildiriblər.

Onlar vurğulayıblar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti ərazi bütövlüyünü təmin etməklə tarixi ədaləti bərpa edib. Deputatlar həmçinin qeyd ediblər ki, bu gün azad olunmuş torpaqlarda aparılan genişmiqyaslı quruculuq işləri Zəfərin davamı kimi gələcəyə inam yaradır.
 
Neftçala Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə  təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılov adına Neftçala Rayon Uşaq İncəsənət  Məktəbinin qarşısında 8 Noyabr- Zəfər Gününə həsr olunan "Zəfərin mübarək, Vətən!" adlı bədii-musiqili tədbir təşkil olunub.
 
Konsert proqramı Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olunub.
 
Böyük izdiham və coşqu ilə keçirilən bayram konsertində Azərbaycan Respublikasının xalq artisti Samir Cəfərovun,  Respublikanın Əməkdar artistləri Səidə Şərifəliyevanın, Cahangir Qurbanovun, tanınmış və sevilən incəsənət nümayəndələri Əli Şahinin, Damla, Anar Yusubun, Mahmud Mahmudovun, Dürdanə Ələkbərovanın və digər musiqiçilərin ifasında vətənpərvərlik mövzularında şən və rəngarəng mahnılar səsləndirilib.
 
Konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.