Вернуться назад Распечатать

Üzərinə mərmər daşı düşən kişi öldü

Abşeron rayonu Xırdalan şəhərində faciəli hadisə baş verib.

Liderxeber.az xəbər verir ki, noyabrın 11-i saat 12 radələrində 1980-ci il təvəllüdlü Sumqayıt sakini Ziyad Məmməd oğlu Həsənov idarə etdiyi “Ford” markalı yük avtomobilinə mərmər daşı yükləyən zaman daş onun üzərinə düşüb.

Xəstəxanaya yerləşdirilən Z.Həsənov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.