Вернуться назад Распечатать

Gələn il dövlət büdcəsindən 8 milyard manat əməkhaqqına yönəldiləcək

Gələn il büdcə xərclərində əməkhaqqı ilə bağlı ödənişlərin həcmi 8 milyard 251.6 milyon manat proqnozlaşdırılır.

Liderxeber.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisə təqdim olunmuş "2026-cı ilin büdcə zərfi"ndə əksini tapıb.

Bu, 2025-ci ilin gözlənilən göstəricisindən 661.6 milyon manat və ya 8.7% çoxdur. Qeyd edək ki, 2024-cü ildə bu istiqamətdə xərclər 6 milyard 727.6 milyon manat təşkil edib. 2025-ci ilin sonuna isə 7 milyard 590 milyon manat gözlənilir.

Eyni zamanda, işsizlikdən sığorta ilə bağlı 2026-cı il üçün 24.9 milyon manat vəsait nəzərdə tutulub. Dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə isə cari ildə 27.6 milyon manat, 2026-cı ildə isə 25.9 milyon manat vəsait ayrılması planlaşdırılır ki, bu da cari ilin gözlənilən göstəricisindən 1.7 milyon manat və ya 6.6% azdır, amma dövlət büdcəsinin ümumi göstəricisindən 1.0 milyon manat çoxdur.