Вернуться назад Распечатать

Avtomobil ağaca çırpıldı, sürücü xəstəxanalıq oldu

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

Liderxeber.az xəbər verir ki, Bərquşad yolunun Cəyirli kəndindən keçən hissəsində “Volkswagen” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.