Вернуться назад Распечатать

Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatıb

Xocavənd rayonuna yola salınan növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatıb.

Liderxeber.az xəbər verir ki, qəsəbəyə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu mərhələdə Qırmızı Bazara 21 ailə (89 nəfər) köçürülüb.

15:13

Xocavənd rayonuna yola salınan növbəti köç karvanı Sos kəndinə çatıb, sakinlərə açarlar təqdim olunub.

Liderxeber.az xəbər verir ki, açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, bununla Sos kəndinə köçürülən ailələrin sayı 39-a (158 nəfər) çatıb.