Вернуться назад Распечатать

Lənkəranda maraqlı hal: Xəzərdə suyun altında qalmış qədim meşə üzə çıxıb

Xəzər dənizinin Lənkəran rayonu hissəsində yerləşən sahillərində maraqlı hal baş verib.

Liderxeber.az xəbər verir ki, bu hal dənizin Kənarmeşə kəndi ərazisində qeydə alınıb.

Belə ki, son vaxtlar Xəzər dənizinin geri çəkilməsi nəticəsində illərdir ki, suyun altında qalmış qədim meşə qalıqları üzə çıxıb. Əvvələr dənizin içində qayalıq kimi görünən bu çıxıntıların əslində nəhəng ağac kökləri olduğu bilinib.

Rayon sakinlərinin sözlərinə görə, bu ərazidə əvvələr geniş palıd meşələri olub. Ona görə də Kənarmeşə kəndinin adı da buradan yaranıb.

Maraqlıdır ki, bu ağacların kökləri yüz illər boyunca Xəzərin duzlu suyunda qalsalarda, tam çürüməyib.