Вернуться назад Распечатать

Memarlıq və İnşaat Universiteti gələn il mühafizəyə 350 min manat xərcləyəcək

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 2026-cı il üzrə mühafizə xidmətlərinin göstərilməsi üçün tender elan edib.

Liderxeber.az xəbər verir ki, universitetin ümumi mühafizəsi üçün 21 nəfər nəzərdə tutulub: bir xidmət rəisi, 9 gündüz mühafizəçisi, 8 gecə mühafizəçisi, 3 yataqxana üçün mühafizəçi.

Xidmətin ehtimal olunan dəyəri 349 min 185.6 manat təşkil edir.

Satınalmaya dekabrın 19-da yekun vurulacaq.