Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində partlayışda beş nəfər xəsarət alıb.
Bu barədə Liderxeber.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
"Noyabrın 24-ü saat 09:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbi ilə çağırış qeydə alınıb.
Dərhal iki təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən beş nəfərə (ikisi kişi, üçü qadın olmaqla) yerində ilkin tibbi yardım göstərilib və onlar müştərək travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunublar".
Qeyd edək ki, partlayış AFEN plazada baş verib.