Вернуться назад Распечатать

Mətbuat prospektində yeni işıqforlar quraşdırılıb

Paytaxtın Yasamal rayonu, Mətbuat prospekti ilə Məhəmməd Hüseyn Şəhriyar küçəsinin kəsişməsində sürücülərin daha rahat hərəkət etməsi və piyadaların təhlükəsiz keçidinin təmin edilməsi məqsədilə yeni işıqforlar quraşdırılıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, sözügedən ərazidə altı "L" və "A" tipli dirəklərdən istifadə edilməklə 13 nəqliyyat və piyada işıqforları quraşdırılaraq hərəkət iştirakçılarının istifadəsinə verilib.

Bununla da Məhəmməd Hüseyn Şəhriyar küçəsindən Mətbuat prospektinə daxilolma artıq nizamlayıcı ilə tənzimlənir. Piyadalar isə yolun qarşı tərəfinə piyada işıqforunun yaşıl işığı yandıqda daha təhlükəsiz şəkildə keçə bilirlər.