Xəbər verdiyimiz kimi, paytaxtın Nərimanov rayonunda yerləşən “AFEN Plaza” biznes mərkəzində partlayış baş verib.
Liderxeber.az xəbər verir ki, partlayış zamanı beşmərtəbəli bina ilə yanaşı, ətrafdakı tikililər də zərər görüb.
Hadisədə obyektin içərisində olan işçilərlə bərabər, ərazidən keçən şəxslər də xəsarət alıb.
“Getdiyim yerdə nəsə partladı, məni kənara atdı. Şüşələr üstümə aşdı. Qalxdım, gördüm, hər yerim qandır”, - xəsarət alanlardan biri deyib.
“Övladımın əşyalarını verdilər, qan içindədir. Həkimi gözləyirəm. Övladım reanimasiyadadır, heç bir məlumat yoxdur”, - xəsarətlərlə xəstəxanaya yerləşdirilənlərdən birinin anası qeyd edib.
Daha ətraflı “Xəzər” TV-nin videomaterialında: