Вернуться назад Распечатать

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC artan sərnişin tələbatını təmin etmək məqsədilə noyabrın 29-da və 30-da Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Liderxeber.az-a bu barədə ADY-dən məlumat verilib.

Bildirilib ki, sərnişinlər, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə də səfər edə bilərlər.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.