Вернуться назад Распечатать

Noyabrın bütün sosial ödənişləri yekunlaşdı

Bu gün noyabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib.

Bu barədə Liderxeber.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. 

Bununla da bu ayın bütün sosial ödənişləri başa çatdırılıb.

Qeyd edək ki, noyabrın 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası üzrə noyabr ayının pensiyaları, noyabrın 21-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin noyabr ayı üzrə pensiyaları ödənilmişdi.