Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən aparılan cari nəzarət tədbirləri nəticəsində bir neçə bank olmayan kredit təşkilatında (BOKT) qanunvericilik tələblərinin pozulduğu müəyyən edilib.
Liderxeber.az AMB-yə istinadən xəbər verir ki, nəzarət nəticələri əsasında İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə uyğun olaraq, üç təşkilatın vəzifəli şəxslərinə inzibati cərimələr tətbiq edilib.
Belə ki, "Nova Credit BOKT" MMC-nin vəzifəli şəxsi 4 min manat, "BOKT İDK" MMC-nin vəzifəli şəxsi 2 min manat, "Azərbaycan Mikro-Kredit BOKT" ASC-nin vəzifəli şəxsi isə 10 min manat məbləğində cərimə olunublar.