Вернуться назад Распечатать

Şəmkirdə mikroavtobus su kanalına aşdı - Yaralılar var

Şəmkirdə mikroavtobus su kanalına aşıb.

Liderxeber.az xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb.

Bildirilir ki, mikroavtobus Yevlaxdan Şəmkirə istixanalardan birində işləyən fəhlələri daşıyırmış.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.