Fövqəladə Hallar Nazirliyində yeni təyinatlar olub.
Liderxeber.az xəbər verir ki, bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmrlər imzalayıb.
Belə ki, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami rayon şöbəsinin rəisi polkovnik Əlfağa Ağayev vəzifəsindən azad edilib. O, Xidmətin Yanğınsöndürmə şöbəsinin rəisi təyin olunub.
FHN rəhbərinin digər Əmri ilə Ceyhun Ramazanov Nizami Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin edilib.
Nazirliyin Mətbuat xidmətindən məlumatı təsdiq ediblər.
Qeyd edək ki, bununla bağlı məlumatı ilk olaraq “Qaynarinfo” yayıb.