Вернуться назад Распечатать

Bakıda evdə partlayış oldu - Yenilənir

Sabunçu rayon Bakıxanov qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib.

Liderxeber.az FHN-ə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə bu barədə ilkin məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.