Вернуться назад Распечатать

Metronun "İçərişəhər" stansiyasının yaxınlığındakı parklanmanın bağlanma səbəbi bilindi

Bakı şəhəri, Səbail rayonu, metronun "İçərişəhər" stansiyasının yaxınlığındakı - Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının qarşısında yerləşən parklanma zonasına girişin məhdudlaşdırılmasının səbəbi məlum olub.

Bu barədə Liderxeber.az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat verib.

Qurumdan bildirilib ki, hazırda Bakı metropolitenində xətlərin ayrılması layihəsi çərçivəsində "İçərişəhər" stansiyasında dönmə kamerasının inşasına hazırlıq işləri görülür:

:İşlərə başlandığı zaman ictimaiyyətə məlumat təqdim ediləcək".