Вернуться назад Распечатать

Yanan binanın sakinlərinə təzminət ayrıldı

Noyabrın 21-də yanğın baş vermiş Yasamal rayonu Mirəli Seyidov 19A ünvanında yerləşən binaya suyun verilişi bərpa edilib.

Liderxeber.az xəbər verir ki, bu barədə həmin binada yaşayan jurnalist Heydər Mirzə məlumat yayıb.

O bildirib ki, dekabrın 16-da binanın 11-17-ci mərtəbələrinə elektrik verilişi bərpa ediləcək.

H.Mirzə əlavə edib ki, Nazirlər Kabinetinin 3 dekabr tarixli Sərəncamı ilə bina sakinlərinə təzminat ayrılıb. O, yaxın günlərdə sakinlərin kompensasiyalarını bankdan götürə biləcəyini qeyd edib.

Kompensasiya alacaq şəxslərin sayı 96-dır.

Bundan başqa, binaya dəyən ümumi zərərin hesablanmasını əks edən akt lisenziyalı şirkət tərəfindən artıq tərtib olunub, Baş Prokurorluğa və vəkillərə təqdim edilib.